Misli Premyer Liqasında VI turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edib.
Görüşdə bütün qollar ilk hissədə vurulub.
"Şirlər" Naxçıvan təmsilçisini 2:1 hesabı ilə məğlub edib.
“Şamaxı” 9 xalla 6-cı yerə yüksəlib. 2 xallı "Araz-Naxçıvan" isə 11-ci yerdədir.
MPL, VI tur
20 sentyabr (bazar)
16:30 “Şamaxı” – “Araz-Naxçıvan” 2:1
Qollar: Rikardo Apolinario, (27', 36' - hər ikisi penalti) - Ağadadaş Salyanskiy, (32')
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Emin Əliyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu


