Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, turun son oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.
"Kəpəz" doğma azarkeşləri önündə 3-cü qələbəsini qazanmaq istəyir.
"Sumqayıt" isə ilk qalibiyyətinin arayışındadır.
MPL, VI tur
20 sentyabr (bazar)
19:00 “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu


