Zak Lavin ötən mövsüm yaşadığı zədədən sonra qarşıdakı mövsümü öz karyerasında yenidən başlamaq üçün ideal imkan kimi dəyərləndirib. 31 yaşlı müdafiəçi ötən çempionatın böyük hissəsini əl zədəsinə görə buraxmalı olub. O bildirib ki, hər yay fasiləsində öz oyununu təhlil edir və komandasına necə daha çox fayda verə biləcəyini düşünür. "Komanda hər bir oyunçudan maksimum istifadə etməyə çalışacaq. Mən isə tam motivasiyalıyam. Təəssüf ki, ötən mövsüm zədə yaşadım – halbuki mövsümə yaxşı başlamışdıq. Mənim şəxsi standartlarım həmişə ən yüksək səviyyədədir və yeni mövsümü səbirsizliklə gözləyirəm", – deyə Lavin vurğulayıb.

Offsideplus.az xəbər verir ki, ikiqat NBA dunk müsabiqəsinin qalibi olan Lavin daim özünü sübut etmək istədiyini qeyd edib: "Düşünürəm ki, əgər özünə və ya başqasına nəyisə sübut etmək istəmirsənsə, bu, həddindən artıq arxayınlığa gətirib çıxarır. Mən özümə qarşı ən sərt tənqidçiyəm. Hər il özümə nəyisə sübut etməyə ehtiyac duyuram". Qeyd edək ki, Lavin bu yay 49 milyon dollarlıq oyunçu seçimindən istifadə edib və 2027-ci ilin yayında məhdudiyyətsiz azad agent olacaq.