UFC 334 turnirinin proqramı rəsmiləşib. 15 noyabr tarixində keçiriləcək tədbirdə rusiyalı Baysangur Susurkaev Donte Consona qarşı qəfəsə çıxacaq. Hər iki idmançı indiyədək məğlub olmayıb: Susurkaevin aktivində 12, Consonun isə 9 qələbə var.
Offsideplus.az xəbər verir ki, turnirin əsas döyüşü ağır çəki üzrə titul qarşılaşması olacaq. Burada Siril Qan və Coş Hokitt çempionluq kəməri uğrunda mübarizə aparacaq. Gecənin həmsponsor döyüşündə qadınların yüngül çəkisində Kayla Harrison və Amanda Nunes titul üçün qarşılaşacaq. Bundan əlavə, turnirin əsas kartına Kayu Borralyo – Yusri Belqarui, Uroş Medic – Kevin Holland, Cim Miller – Terrens Makkinni və Nazim Sadıxov – Ceferson Nasimento döyüşləri də əlavə edilib.


