Yayda "Qarabağ"dan ayrılaraq Türkiyə 1-ci Liqasına yenicə yüksələn "Bursaspor"a transfer olunan Toral Bayramovun işləri qaydasında getmir. 

Belə ki, milli üzvü nə mütəmadi olaraq şans qazanır, nə də müsbət nəyləsə diqqət çəkir. 25 yaşlı futbolçu "Qarabağ"da daha çox sol cinah müdafiəçisi kimi çıxış edirdi, ara-sıra Qurban Qurbanov onu sağ cinah vingeri kimi də sınayırdı.  Bursa təmsilçisinə isə məhz vinger kimi transfer olunub. Amma...

Legioner limiti olan hər ölkədə əcnəbi oyunçulara üstünlük verilməsi normal haldır. Lakin yerli futbolçu legioneri üstələyərək daha çox meydanda qalırsa, deməli, uğursuz transfer reallaşıb. Təəssüf ki, Toral Bayramovun keçidini artıq uğursuz hesab etmək olar. 

Bunu təkcə biz yox, azarkeşlər və rəqəmlər də deyir. Statistikaya nəzər salaq: Toral 7 oyunda meydana çıxsa da, ümumilikdə cəmi 237 dəqiqə şans alıb. Bu isə matç başına təxminən 33-34 dəqiqə edir. Aktivində isə nə qol var, nə də məhsuldar ötürmə — yalnız 2 sarı vərəqə. 

"Bursaspor" azarkeşləri Çempionlar Liqası təcrübəsi olan, "Qarabağ" kimi klubdan futbolçu transferini ilk vaxtlar tərifləyirdilər, biz də bundan qürurlanırdıq. Lakin indi milli düşərgəyə yollandığını bilən bəzi azarkeşlər sosial şəbəkələrdə "elə orada qal, qayıtma" kimi rəylər yazırlar.

Toral Bayramov "Qarabağ"da Elvin Cəfərquliyevlə rəqabətdə uduzduğu üçün komandadan ayrılmışdı. Amma indi vəziyyəti daha da acınacaqlıdır. Biri var ölkənin ən yaxşı futbolçusunun kölgəsində qalasan, biri də var Türkiyə 1-ci Liqasında ortadan da aşağı səviyyəli yerli oyunçuların...