"Mançester Siti" və "Liverpul" "Real Sosyedad"ın cinah müdafiəçisi Xon Aramburu ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, hər iki klub 24 yaşlı futbolçu haqqında məlumat toplayıb. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Aramburunun müqaviləsində təzminat məbləği təxminən 50 milyon funt-sterlinq (58,5 milyon avro) kimi göstərilib. Yayda venesuelalı oyunçu ilə "Tottenhem", "Nyukasl" və "Everton" da maraqlanırdı.
Cari mövsümdə Aramburu La Liqada 6 matçda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.
Transfermarkt portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 15 milyon avro təşkil edir.


