Almaniyalı basketbol əfsanəsi Dirk Novitski gənc ulduz Kuper Flaqın inkişafını yaxından izləyir. "Dallas Maveriks"in sabiq lideri bildirib ki, Flaqla tez-tez əlaqə saxlayır və ona dəstək olmağa daim hazırdır.

Offsideplus.az xəbər verir ki, Novitski açıqlamasında bu fikirləri səsləndirib: "Bir neçə dəfə görüşmüşük və daim əlaqədəyik. Oyunlarını izləyəndə ona bir neçə məsləhət yazıram. O bilir ki, uğur qazanmasını istəyirəm və hər zaman onun yanındayam. Bu yaşda artıq çox irəlidədir. Amma nə vaxtsa nəyəsə ehtiyacı olsa, kömək etməyə hazıram".

Kuper Flaq debüt mövsümündə "Dallas Maveriks"in əsas simasına çevrilib. O, orta hesabla 21,0 xal, 6,7 ribaund və 4,5 assistla çıxış edib və ilin ən yaxşı gənc oyunçusu seçilib.

Novitskinin davamlı dəstəyi "Dallas Maveriks"in yeni qurulan heyətində Flaq üçün böyük üstünlük sayılır.