UFC-nin keçmiş çempionu Petr Yan qarşıdakı Merab Dvalişvili ilə döyüşdə özünü favorit hesab etmədiyini bildirib. O, rəqibinin asan olmadığını və divizionda hamını məğlub etdiyini vurğulayıb. Yan bu döyüşün onun üçün çox önəmli olduğunu, hazırlıqların plana uyğun getdiyini və əvvəlki iki döyüşdən əldə olunan təcrübəyə əsaslandığını qeyd edib. "Biz qəfəsdə 50 dəqiqə keçirmişik, bir-birimiz haqqında kifayət qədər məlumatımız var. Yalnız qələbə üçün çıxacağıq. Dvalişvilinin məğlubiyyəti onun karyerasının sonu ola bilərmi? Bu barədə düşünmürəm, amma belə ehtimal var", – deyə Yan əlavə edib.
Offsideplus.az xəbər verir ki, Yan və Dvalişvili arasında döyüş 24 oktyabrda Abu-Dabidə keçiriləcək UFC 333 turnirində baş tutacaq. Yan həmçinin Dvalişvilidən şortdan tutmaq kimi qayda pozuntuları gözlədiyini, Şon O'Malli ilə bağlı zarafatlarına da toxunub.


