"Real Madrid" klubu son hadisələrdən sonra La Liqa rəhbərliyinə və hakim qurumlarına qarşı son dərəcə sərt və ittiham dolu rəsmi açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, klub mövcud sistemin onlara qarşı qərəzli olduğunu vurğulayıb:
“La Liqa rəhbərliyi və hakimlər, "Real Madrid"in mübarizə aparmasına imkan vermir. Bizə qarşı plan həyata keçirilir. Yaşananlar doğrudan da ürəkbulandırıcıdır. Xavier Tebasın La Liqasının dəyəri yerlə yeksan olsa belə, onların vecinə deyil. Onların yeganə dərdi "Real Madrid"dir.”


