Gənc futbolçu Culiano Simeone hakimlərin qərarları və media tərəfindən gündəmə gətirilən müzakirələr barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, o, hakimlərə qarşı hər zaman böyük hörmət bəslədiyini bildirib:

“Mourinyonun sözləri? Hakimlərə qarşı böyük hörmətim var. Onlar insandır; bəzən düzgün qərarlar qəbul edirlər, bəzən də səhvlərə yol verirlər. Əgər onlar belə bir qərar veriblərsə, deməli, hadisəni o cür görüblər. Hakimlərə böyük hörmət edirəm, çünki ilk növbədə onlar da insandırlar.

​Biz həmişə özümüzə fokuslanırıq. Kənardan gələn heç bir şeyi qəbul etmirik. Bunlar sizin – medianın uydurduğu hekayələrdir. Biz komanda olaraq inkişaf etməyə çalışırıq.”