“Yarışmanın təşkilatı və səviyyəsini çox yüksək dəyərləndirirəm. Bir azarkeş kimi Tahir müəllim başda olmaqla Bakı Futbol Federasiyasına təşəkkür edirəm”.
Bu sözləri futbol funksioneri Sərdar Salmanzadə Offsideplus.az-a açıqlamasında deyib:
“Bu yarışmaya Tahir Süleymanovun böyük töhfəsi var. Onun burda olması və AFFA-nın uşaqlara göstərdiyi qayğı bizə çox motivasiya verir ki, bundan sonra da bu tip turnirlərdə niyyətimiz bir olsun. 25 nəfər milliyə çağrılan futbolçudan 19-u “Sabahın Ulduzları”ndan seçilib. Biz istəyimizə çatmışıq. Yarışmanın təşkilatı və səviyyəsini çox yüksək dəyərləndirirəm. Bir azarkeş kimi Tahir müəllim başda olmaqla Bakı Futbol Federasiyasına təşəkkür edirəm. Turnir gözlədiyimdən daha yaxşı oldu. Mən başda olmaqla heç bir azarkeş son 30 ildə belə səviyyədə yarış görməyib. “Sabahın Ulduzları”nın başqa bərəkəti var”.
Turnirin bölgələrdə keçirilmək ehtimalı ilə bağlı bunları deyib:
“Bu barədə AFFA və BFF ilə birgə fikir mübadiləsi aparılır. Bütün məsələlər alınsa, regionda da turniri keçirmək planımız var. Kütləvilik üçün bu bizə vacibdir. Naxçıvanda MR-da keçirilməsi arzumdur”.


