İspaniya La Liqasında bir qədər əvvəl Madrid derbisi baş tutdu.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid" evdə "Real"a 2-1 hesabla qalib gəldi.
"Real Madrid"in klub televiziyası – "Real Madrid TV" "Atletiko Madrid"ə qarşı keçirilən gərgin derbi matçındakı məğlubiyyətdən dərhal sonra diqqətçəkən bəyanatla çıxış edib.
Kanal matçın baş hakimi haqqında sərt ittihamlar səsləndirib:
“Biz Madrid derbisini hakimə görə uduzduq... Hakim Ortiz Ariasdır, Lamin Yamalın dostudur.”



