Dieqo Simeone "Atletiko"nun La Liqanın 7-ci turunda "Real Madrid" üzərində qazandığı 2:1 hesablı qələbədən sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, argentinalı baş məşqçi birinci hissədə oyuna yaxşı nəzarət etdiklərini bildirib: "Birinci hissədə qol vəziyyəti olmadı. Bəzi epizodlar oyunun axarını dəyişir, belə anlardan biri Culianonun penalti epizodu idi. Əksəriyyətdə rəqibə problem yarada biləcəyimiz vəziyyətlərdən istifadə etdik. Onlardan birində David qol vurdu, sonra isə onlar fərqi azaltdılar. Mourinyonun sözləri barədə şərh verməyə ehtiyac yoxdur. Bu, oyunun anlarıdır. Bəzən sənin xeyrinə olur, bəzən də yox. Hakimlərə hörməti itirmək olmaz. Hər şeyə icazə verilmir, hətta adın Mourinyo olsa belə".


