"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin son oyunlardakı çıxışı və performansına dair fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis yetirməsinin çətinlik çəkdiyini etiraf etsə də, onun klub üçün nə qədər vacib olduğunu vurğulayıb:
“Bu gün Xulian çalışdı. O, çətinlik çəkdi, əziyyət çəkdi, lakin biz onu yenidən ən yaxşı formasına qaytaracağıq, çünki o, klubun ehtiyac duyduğu və istədiyi həlledici oyunçudur. Biz ona uyğun şəkildə işləyəcəyik.”


