"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"nın məhsuldarlığından təsirləndiyini bildirib.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis cari mövsümdə katalon klubunun bütün 8 oyunda qalib gəldiyini və 36 qol vurduğunu xatırladıb. Simeone deyib: "Elə bil "Barselona" bizim fərqli bir idman növü ilə məşğuldur. Onlarda mərkəz hücumçusu yox idi, amma bu mövqedə Rafinia oynadı və 12 qol vurdu. Yamal isə yeddi dəfə fərqlənib. Onlar həm evdə, həm də səfərdə pressinq edir, rəqibə vaxt vermir və risk etməkdən, qol buraxmaqdan çəkinmirlər. Hiss olunur ki, buraxdıqları qol onları daha da gücləndirir. Hazırda onlar ən yaxşı komandadır".