"İnter Mayami"də çıxış edən Lionel Messi MLS-də "San-Dieqo" ilə oyunda sərbəst zərbədən qol vurub.
Offsideplus.az xəbər verir ki, bu, 39 yaşlı argentinalı futbolçunun karyerasında 930-cu qolu olub. O, ümumilikdə 1176 oyunda meydana çıxıb.
Messi həmçinin 424 məhsuldar ötürmə ilə yadda qalıb. "Əl-Nəsr"in 41 yaşlı hücumçusu Kriştiano Ronaldu isə 1337 oyunda 979 qol və 261 assistlə fərqlənib.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.
Messinin 930-cu qolunu sizə təqdim edirik:


