Azərbaycan milli komandası qarşıdakı rəsmi və yoxlama görüşlərinə hazırlıq məqsədilə təlim-məşq toplanışına start verib.

Offsideplus.az xəbər verir ki, yığmamızı iki həftə ərzində sıx oyun qrafiki gözləyir. Millimiz bu müddətdə dörd matçda qüvvəsini sınayacaq.

Komandamız ilk olaraq sentyabrın 23-də Tacikistan seçməsi ilə yoxlama görüşündə üz-üzə gələcək. Ardınca isə UEFA Millətlər Liqası çərçivəsində üç vacib qarşılaşma keçiriləcək. Yığmamız sentyabrın 27-də Litvanın qonağı olacaq, oktyabrın 1-də Lixtenşteyni, oktyabrın 4-də isə cavab matçında Litvanı qəbul edəcək.

Oyunların təqvimi:

  • 23 sentyabr: Azərbaycan – Tacikistan (yoxlama oyunu)

  • 27 sentyabr: Litva – Azərbaycan (Millətlər Liqası)

  • 1 oktyabr: Azərbaycan – Lixtenşteyn (Millətlər Liqası)

  • 4 oktyabr: Azərbaycan – Litva (Millətlər Liqası)

Milli komandamızın təlim-məşq toplanışından çəkilmiş fotoları təqdim edirik: