Keçmiş UFC döyüşçüsü Abubakar Nurmaqomedov AIGA Global turnirində sərbəst güləş üzrə keçirilən qarşılaşmada David Zavadaya qalib gəlib. Nurmaqomedov bu görüşdə vaxtından əvvəl üstünlük əldə edib.

Offsideplus.az xəbər verir ki, Abubakar Nurmaqomedov 2019-cu ildə UFC turnirində də Zavadaya qarşı döyüşmüş və boğma fəndi ilə məğlub olmuşdu. 14 noyabrda isə onun PFL-də David Martinsə qarşı ilk MMA döyüşü planlaşdırılıb. Qeyd edək ki, Abubakar sonuncu dəfə MMA-da 3,5 il əvvəl qəfəsə çıxıb və bu, onun uzun fasilədən sonra ilk döyüşü olacaq.