"Sabah" Misli Premyer Liqasının VI turunda evdə "İmişli"yə 3:1 hesabı ilə qalib gələrək çempionatda 250-ci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi turnir tarixində 250 və daha çox matça çıxan 16-cı komanda olub.

Onlar keçirdiyi 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 məğlubiyyət alıb.

Qeyd edək ki, "Sabah" Premyer Liqada ilk oyununu 2018-ci il avqustun 12-də səfərdə "Sumqayıt"a qarşı keçirib (1:0).