"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, bu göstərici Bakı klubunun çempionatdakı 1000-ci oyununa təsadüf edib.

"Ağ-qaralar" Misli Premyer Liqasının VI turunda səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edərək bu uğura imza atıblar.

"Neftçi" "Qarabağ"dan sonra çempionat tarixində 550 və daha çox qələbə qazanan ikinci komanda olub. Paytaxt təmsilçisi bu qələbələrin 301-ini evdə, 242-sini səfərdə, 7-sini isə neytral meydanda əldə edib.

Qeyd edək ki, "Neftçi" yüksək liqada ilk qələbəsini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"inə qarşı qazanıb (1:0).