İspaniya Futbol Federasiyası Luis de la Fuentenin milli komandanın baş məşqçisi kimi müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, yeni razılaşmaya əsasən, de la Fuente 2032-ci ilin Avropa çempionatının sonuna qədər İspaniya yığmasına rəhbərlik edəcək. Daha əvvəl müqavilənin 2030-cu ilə qədər uzadılacağı bildirilirdi. De la Fuente 2022-ci ildən İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2022/23 mövsümündə Millətlər Liqasının qalibi olub, həmçinin Avro-2024 və 2026 Dünya Çempionatında uğur qazanıb.