Argentina millisinin sabiq hücumçusu Serxio Aquero futbolu tərk etdikdən sonra bu idman növünü darıxmadan izlədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti" və "Barselona"nın keçmiş oyunçusu ürək problemləri səbəbindən 2021-ci ildə karyerasını başa vurub.
Aquero deyib:
"Artıq beş ildir ki, karyeramı bitirmişəm, amma xoşbəxtlikdən futbola görə darıxmıram. Bəzən düşünürəm ki, meydanda olmaq pis olmazdı, amma bu barədə heç bir narahatlığım yoxdur. Karyeramı bitirmişəm, rahat həyat yaşayıram, sevdiyim işlərlə məşğulam və vaxtımı gözəl keçirirəm. Dünya çempionatı zamanı FIFA Hospitality səfiri kimi çalışdım və bu işi çox bəyəndim, orada mənə çox yaxşı münasibət göstərdilər. İndi isə yaxşı oyunlara baxmaqdan zövq alıram və meydanda olmamağımda heç bir problem görmürəm".


