Rusiyalı UFC ağır çəkili döyüşçüsü Aleksandr Volkov titul döyüşünə çıxmamasının səbəbi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək bunları söyləyib:

"UFC rəhbərliyi istəyir ki, mən ağır çəkidə ən yaşlı çempion rekordu üzrə Rendi Kutyuru keçim".

Qeyd edək ki, Kutyur 2008-ci ilin noyabrına qədər UFC-nin ağır çəkidə kəmərinə sahib olub və həmin vaxt 45 yaşında idi. Volkov isə bu ilin oktyabrında 38 yaşını qeyd edəcək.