Xamzat Çimayev peşəkar idmana 24 yaşında qoşulduğunu bildirib. O, idmana gəlməmişdən əvvəl ailəsi üçün yaxşı həyat qurmağa çalışdığını və müxtəlif işlərdə çalışdığını qeyd edib.
Offsideplus.az xəbər verir ki, Çimayev bu barədə belə danışıb: "Həmişə ailəm və ətrafımdakı insanlar üçün yaxşı həyat qurmağa çalışmışam. Bu məqsədim hələ də dəyişməyib. Peşəkar idmana 24 yaşımda gəldim, amma burada pul qazanacağıma yüz faiz əmin deyildim. Sadəcə dostlarımla əylənmək, güləşmək və boks etmək istəyirdim. Bir həftə sonra mənə döyüş təklif etdilər və marağım artdı. Əvvəllər anam üçün daha yaxşı həyat qurmağa çalışırdım. Qardaşımla birlikdə işləyir və məşq edirdik, amma bu, peşəkar səviyyədə deyildi. Mühafizəçi, fabrikdə, maşında işləmişəm, qardaşım isə daşımalarla məşğul olub. Ən ağır iş isə uşaqlıqda sement boşaltmaq idi. Torbalar çox ağır olurdu, bəzən onlarla yıxılırdım."
Qeyd edək ki, Çimayev son döyüşünü 10 may tarixində keçirib və Şon Striklendə hakimlərin bölünmüş qərarı ilə uduzub. O, Arman Tsarukyanın Rafael dos Anjos üzərində qələbəsindən sonra qəfəsə daxil olaraq onu təbrik edib.


