"Los Anceles Leykers"in keçmiş baş məşqçisi və üçqat NBA çempionu Bayron Skott komandanın yay transferlərini yüksək qiymətləndirmir.
Offsideplus.az xəbər verir ki, Skott yeni mövsüm öncəsi "Leykers"in heyətindəki dəyişikliklərin gözlənildiyi qədər təsirli olmadığını bildirib. "Komandanın yay transferləri ən çox şişirdilənlərdən biri oldu. 58 oyun qazanacağı deyilən bir heyətdən söhbət gedir. Mən sadəcə reallığı deyirəm. Sümüklərimə qədər bu rənglərə bağlıyam. Amma hamı bu möhtəşəm transferlərdən danışırdı... Yox, hələ ki, mən bunu görmürəm", – deyə Skott vurğulayıb.
Qeyd edək ki, yayda "Los Anceles Leykers"in heyətinə Uoker Kessler, Kventin Qrayms, Sandro Mamukelaşvili, Kevon Luni, Kollin Sekston, Ceyden Hardi, Zair Uilyams və Matis Taybull əlavə olunub.


