AFFA-da Region Liqasının 2026/2027-ci illər mövsümünün yeni formatının təqdimatı keçirilib.

Offsideplus.az xəbər verir ki, baş katib Cahangir Fərəcullayev, assosiasiya rəsmiləri və regional federasiya prezidentlərinin iştirak etdiyi tədbirdə turnirin reqlamenti, komandaların qruplaşdırılması və təqvimlə bağlı təqdimat nümayiş olunub.

Cahangir Fərəcullayev regionlarda futbolun kütləviliyinin artırılmasının AFFA-nın prioritet hədəflərindən biri olduğunu vurğulayıb.

Görüşdə infrastruktur, hakimlik və klubların qeydiyyatı ilə bağlı problemlər də müzakirə olunub.

AFFA rəsmiləri bu çətinliklərin aradan qaldırılması və maddi-texniki bazanın gücləndirilməsi üçün müvafiq fəaliyyət planının hazırlanacağını bildiriblər.