AFFA İntizam Komitəsinin növbəti iclasında Region Liqasında mübarizə aparan iki kollektiv barəsində sərt qərarlar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, intizam qaydalarının pozulmasına görə həm İmişlinin "Araz", həm də "Crystal" komandalarına texniki məğlubiyyət verilib.

Qərarların səbəbləri aşağıdakı kimidir:

"Araz" (İmişli) "Hacıqabul" ilə keçirilən matçın 86-cı dəqiqəsində komanda meydanı tərk edərək oyunu yarımçıq qoyub. Bu hərəkətə görə İmişli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Crystal" "Samur"la nəzərdə tutulan qarşılaşmaya təyin olunmuş vaxtda gəlməyib. Nəticədə onlara da 0:3 hesablı texniki yenilgi verilib.