AFFA Region Liqasında 2025/2026 mövsümünün çempionu məlum olub.
Offsideplus.az xəbər verir ki, turnirin final qarşılaşmasında "Zəngəzur" və "Marafon" komandaları üz-üzə gəlib. Gərgin keçən matçda 2:1 hesablı qələbə qazanan "Zəngəzur" Region Liqasının qızıl medallarına sahib çıxıb.
Bu çempionluq sayəsində komanda növbəti mövsümdə Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, turnirin bürünc medalları uğrunda keçirilən görüşdə "Şəfəq"i 4:1 hesabı ilə məğlub edən "Biləsuvar" komandası üçüncü yeri tutub.


