AFFA Region Liqasında 2025/2026 mövsümünün qaliblərinin müəyyənləşəcəyi oyunların proqramı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, turnirin həlledici qarşılaşmaları mayın 18-də Şamaxı şəhər stadionunda baş tutacaq.

Proqrama əsasən, həmin gün saat 11:00-da bürünc medallar uğrunda "Biləsuvar" və "Şəfəq" komandaları üz-üzə gələcək.

Mövsümün çempionunu müəyyən edəcək böyük final isə saat 16:00-da start götürəcək.

Çempionluq uğrunda "Zəngəzur" və "Marafon" kollektivləri mübarizə aparacaqlar.