Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, Sərəncama əsasən, turnirlə bağlı ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza verilməsi üçün AFFA-nın rəsmi dəvət məktubu və ya FİFA-nın akkreditasiyadan keçməni təsdiq edən sənədi kifayətdir. Sərəncama əsasən, Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə aidiyyəti beynəlxalq qurumları, aviasiya şirkətlərini bilgiləndirmək və "ASAN Viza" sistemi vasitəsilə məlumatlandırmanı təmin etmək tapşırılıb.