​"Mançester Yunayted" klubunun ardıcıl marağına baxmayaraq, Harri Keynin əsas prioriteti Almaniyada qalmaqdır.

​Offsideplus.az xəbər verir ki, 33 yaşlı ingilis hücumçu Münhendə özünü çox rahat hiss edir və karyerasını burada davam etdirmək istəyir.

​Tərəflər arasında onun müqaviləsinin uzadılması ilə bağlı yeni müzakirələr gedir. Yeni üçillik sazişin detalları və şərtləri üzrə danışıqlar müsbət istiqamətdə davam edir.