Kevin Durant bir daha keçmiş NBA oyunçusu İman Şampertin tənqidlərinə münasibət bildirib. Şampert podkastda Durantın "Qolden Steyt Uorriors"a keçidini yenidən gündəmə gətirib və onun superulduz səviyyəsində hörmətə layiq olmadığını deyib. Şampert bildirib ki, Durant onu pley-offda məğlub edən komandaya qoşulmaqla səhv edib və bu addımı küçə qaydalarına bənzədib.
Offsideplus.az xəbər verir ki, Durant sosial şəbəkədə Şampertin sözlərinə sərt reaksiya verib: "Bu, küçə deyil. Küçədə qayda yoxdur, orada yalnız güclü olan qalır. Şalvarını düzəlt, sənə üzüyün bəxtdən düşüb. Siz, saxta sərt oğlanlar, hələ də mənim qazandığım titullara görə yanırsınız, amma məni zəif adlandırırsınız. Bu, həqiqətən ironikdir. Artıq on ildir bu barədə şikayət edirsən. Səndə heç bir sərtlik yoxdur, küçə bənzətmələrin mənim üçün heç nə ifadə etmir. Siz, klounlar, ancaq danışa bilirsiniz, heç vaxt heç nə etmirsiniz. Sadəcə, bununla barışın".


