UEFA Millətlər Liqasının D Liqasında mübarizə aparacaq Azərbaycan millisinin AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq imkanı yaranıb.
Offsideplus.az "Football Mets Data" analitika platformasına istinadən xəbər verir ki, yeni sistemə əsasən D Liqasındakı 6 komandanın hamısı avtomatik C Liqasına yüksələcək. Lakin D Liqasının iki qrup qalibindən daha yaxşı nəticə göstərən kollektiv üçün əlavə AVRO-2028 şansı mövcuddur.
Yuxarı liqaların (A, B, C) qrup qalibləri seçmə mərhələdən turnirə birbaşa vəsiqə qazanacağı təqdirdə, vakant qalan pley-off yeri D Liqasının ən yaxşı qrup qalibinə veriləcək.
Proqnozlara əsasən, Azərbaycan D Liqasında bu göstərici üzrə ən yaxşı nəticəyə əsas namizəddir və Maltanı 0,1 xal qabaqlayır. Beləliklə, yığmamız öz qrupunu lider bitirib digər qrupun qalibini üstələyərsə, müəyyən şərtlər daxilində Millətlər Liqası vasitəsilə AVRO-2028-in pley-offuna vəsiqə qazana bilər.


