Ceymi Karrager "Arsenal"ın hücum xəttində ulduz oyunçu çatışmazlığından danışıb.
Offsideplus.az xəbər verir ki, Karrager bildirib: "Adətən çempion olan komandanın ən yaxşı bombardiri mövsümdə 14-dən çox qol vurur. Keçən mövsüm "Arsenal" yüksək məhsuldarlıq nümayiş etdirmədi. Standart vəziyyətlərdən çox qol vurdular. Bu mövsüm isə belə qollar azalıb, ümumilikdə də az qol vururlar. Mövsümün əvvəlində "Koventri" ilə oyunda yaxşı təsir bağışladılar və çox qol vurdular. O zaman düşündük ki, bəlkə bu mövsüm fərqli "Arsenal" görəcəyik, komanda həm oyunda, həm də qol sayında irəliləyiş edəcək. Amma bu, baş vermədi. Hər şey yenə keyfiyyətə dayanır. Arteta bunu yaxşı bilir. Əgər həmin epizodlarda Dyokereşin yerində Erlinq Holand olsaydı, o, qolları vurardı. Məhz buna görə yayda "Arsenal" Xulian Alvaresi transfer etməyə çalışdı və indi də Vinisius Junioru almaq istəyir. Hücumun sonuncu üçdəbirində ulduz səviyyəli oyunçuları yoxdur".


