İngiltərə millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş Premyer Liqanın 12-ci turunda "Arsenal" ilə keçirilən oyunda baş verən mübahisəli epizoda münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əlavə olunmuş dəqiqələrində Yosko Qvardiolun baş zərbəsindən sonra top "Arsenal"ın cərimə meydançasında Viktor Dyokeresin sinəsinin qarşısında, çənəsinin altında olan əlinə dəyib. Baş hakim Con Bruks penalti təyin etməyib, VAR isə qayda pozuntusu görməyib.

Cek Qriliş sosial şəbəkədə bu epizoda belə reaksiya verib: "Bu necə penalti deyil?"