İtaliyanın tanınmış mütəxəssisi Luçano Spalletti "Yuventus"un oyunçusu Randal Kolo-Muaninin davranışını tənqid edib.

Offsideplus.az xəbər verir ki, A Seriyasının 13-cü turunda "Yuventus" "Komо"ya 0:3 hesabı ilə uduzub. Qarşılaşmanın 5-ci dəqiqəsində hakim Mauritsio Mariani Randal Kolo-Muaniyə Aleks Valyeyə üz nahiyəsinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə göstərib. Spalletti bu barədə deyib:

"Bu, başda nəyinsə ilişib qalması deməkdir. Əleyhinizə qayda pozulsa belə, cavab olaraq kobudluq etmək olmaz. Belə bir hərəkət, xüsusilə oyunun çətinliyini və bunun bütün komanda üçün nəticələrini nəzərə alsaq, təkrarlanmamalıdır. Narahatıq, çünki azlıqda "Komо"ya qarşı oynamaq çətindir. Onlar futbol oynamağı bacarırlar".