Fenerbahçənin sabiq prezidenti Ali Koçun İngiltərə Premyer Liqasından futbol klubu almaq üçün hərəkətə keçdiyi iddia olunub.

Offsideplus.az xəbər verir ki, Acun Ilıcalının məsləhətindən sonra İngiltərə futbol atmosferindən təsirlənən Ali Koç bu ölkədə komanda sahibi olmağı düşünür.

Koça aid edilən açıqlamada bildirilib:

“İngiltərədə futbol mühiti çox istidir. Türkiyədəki kimi toksik atmosfer yoxdur. Hobbi olaraq bir komanda almağı düşünürəm”.

Acun Ilıcalının “Hall Siti”ni Premyer Liqaya yüksəltməsindən sonra İngiltərə futboluna daha bir türkiyəli investorun qoşula biləcəyi gözlənilir.

Qeyd edək ki, Ali Koçun klub almaq istəyi ilə bağlı iddialar yayılsa da, onun məhz Premyer Liqa təmsilçisi ilə maraqlandığı və ona aid edilən açıqlama hələlik rəsmi şəkildə təsdiqlənməyib.