"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə keçirilən oyundan (2:2) sonra matç barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Arteta komandasının iki dəfə hesabda geri düşməsinə baxmayaraq, bir xal qazanmasını belə dəyərləndirib:
"İki dəfə hesabda geri düşdük, amma bir xal əldə edə bildik. Sadə vəziyyətlərdə topu itirməklə özümüzə çətinlik yaratdıq. Lakin futbolçular inam göstərdi, nəsə edə biləcəyimizə inandılar, təhlükəli epizodlar yaratdıq və dözümlülük nümayiş etdirdik".
Azarkeşlərin tribunadakı atmosferinin oyunçulara təsiri barədə isə Arteta bunları deyib:
"Bu, təsir etmirdi, ta ki, rəqib qol vurana və biz topu itirib cəzalanana qədər. Qol epizodlarımız oldu, amma onları dəyərləndirə bilmədik və bu zaman çox həssas görünürdük".
Futbolçularının səhvlərinə gəlincə isə Arteta bildirib:
"Bilmirəm. Heç kim səhv etmək istəmir, amma mən daha çox meydanda nəsə etməyə çalışmaq istəyini qiymətləndirirəm".
Qaçırılan imkanlar barədə isə Arteta qeyd edib:
"Bunlar çox təhlükəli epizodlar idi, bu səviyyədə belə məqamlar böyük əhəmiyyət daşıyır. Oyunu təhlil edəcəyik və çərşənbə günü işimizi davam etdirəcəyik".


