"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında növbəti böyükhesablı qələbəsini əldə edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 14-cü turunda "Deportivo"nu 5:1 hesabı ilə məğlub edib. Alman mütəxəssisin rəhbərliyi altında "Barselona" 136 oyunda 49 dəfə ən azı üç top fərqi ilə qalib gəlib.

Flikin dönəmində "Barselona" "Valensiya"ya (7:1, 5:0, 6:0, 5:0) dörd dəfə, "Atletik"ə (3:0, 4:0, 5:0), "Malyorka"ya (5:1, 3:0, 3:0) və "Sevilya"ya (5:1, 4:1, 5:2) üç dəfə böyükhesabla qalib gəlib.

Komanda həmçinin "Real Madrid"ə (4:0, 5:2), "Jirona"ya (4:1, 4:1), "Vilyarreal"a (5:1, 4:1), "Xetafe"yə (3:0, 3:0), "Betis"ə (5:1, 5:2) və "Alaves"ə (3:0, 6:1) iki dəfə böyükhesabla qalib gəlib.

Bundan başqa, "Barselona" "Feyenoord" (5:1), "Valyadolid" (7:0), "Yanq Boyz" (5:0), "Bavariya Münhen" (4:1), "Srvena Zvezda" (5:2), "Brest" (3:0), "Barbastro" (4:0), "Real Sosyedad" (4:0), "Borussiya Dortmund" (4:0), "Olimpiakos" (6:1), "Oviedo" (3:0), "Kopenhagen" (4:1), "Levante" (3:0), "Osasuna" (3:0), "Atletiko" (3:0), "Nyukasl" (7:2), "Espanyol" (4:1), "Elçe" (5:0), "Rayo Valyekano" (5:2), "Rasinq" (7:2), "Qalatasaray" (4:1), "Aston Villa" (3:0) və "Sabah"ı (4:1) böyükhesabla məğlub edib.