Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının I təsnifat raundunda ikinci matçını keçirib.

Offsideplus.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma II turda Şimali Makedoniyaya 0:2 hesabı ilə uduzub. Görüş Serbiyanın Stara Pazova şəhərində baş tutub.

Qeyd edək ki, ilk oyunda Serbiyaya 0:3 hesabı ilə məğlub olan komanda qrupdakı son matçını dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.