Almaniyalı yarımmüdafiəçi Florian Virts İngiltərə Premyer Liqasında "Liverpul"un "Everton"a qarşı keçirdiyi oyunun 5-ci dəqiqəsində Dominik Soboslayə qol ötürməsi verib.
Offsideplus.az xəbər verir ki, o, ardıcıl üçüncü Premyer Liqa qarşılaşmasında assistlə yadda qalıb.
Son 6 matçda həm klub, həm də Almaniya millisinin heyətində 23 yaşlı futbolçu ümumilikdə 6 qol və 3 məhsuldar ötürməyə imza atıb.
"Everton" - "Liverpul" qarşılaşması 1:1 hesabı ilə davam edir.


