Libertadores Kubokunun finalında Braziliyanın "Palmeyras" və Argentinanın "Estudiantes" klubları üz-üzə gəliblər.

Offsideplus.az xəbər verir ki, Uruqvayın paytaxtı Montevideoda yerləşən "Sentenario" stadionunda keçirilən həlledici qarşılaşma Braziliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə və qələbə qolunu 52-ci dəqiqədə kolumbiyalı Con Aryasın ötürməsindən sonra paraqvaylı hücumçu Ramon Sosa vurub.

Beləliklə, "Palmeyras" tarixində dördüncü dəfə Libertadores Kubokunun qalibi olub. "Estudiantes"in də hesabında dörd belə titul var. Turnirin rekordçusu kuboku yeddi dəfə başı üzərinə qaldıran "İndependyente"dir. İkinci pillədə isə altı çempionluqla "Boka Xuniors" qərarlaşıb.

Qeyd edək ki, Libertadores Kubokunun son qalibi ötən ilin finalında məhz "Palmeyras"ı 1:0 hesabı ilə məğlub edən Braziliyanın digər təmsilçisi "Flamenqo" idi.