"Real Madrid"in baş məşqçisi Joze Mourinyo La Liqada "Alaves"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra Vinisius Juniorun azarkeşlər tərəfindən fitə basılması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Mourinyo bu barədə bunları deyib:
"Məncə, "Real Madrid" uduzanda bu dərhal əsas mövzuya çevrilir — çərşənbə gününə qədər müzakirə üçün kifayət qədər səbəbiniz olur: "Real" uduzdu, pis oynadı, məşqçi səhvlərə yol verdi... Onsuz da danışmağa kifayət qədər mövzu var, ona görə də süni şəkildə hekayələr uydurmağa ehtiyac yoxdur — məsələn, Ardanın pis əhval-ruhiyyədə getdiyi, Vinisiusun və ya məni fitə basdıqları barədə. Dram yaratmağa dəyməz: "Real" uduzub — sadəcə məğlubiyyəti təhlil etməyə diqqət yetirin, əlavə süjetlər axtarmayın.
Təbii ki, hər şey yaxşı gedəndə bir az rəng qatmaq istəyirsən, amma indi, məğlubiyyətdən sonra tənqid üçün kifayət qədər əsas var. Vini bütün komanda kimi oynadı — hamımız eyni göründük. Heç kimin digərlərindən fərqləndiyini düşünmürəm, amma nəticəyə görə məsuliyyəti məşqçi daşıyır."


