İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Yunayted" öz meydanında "Brentford"a böyük hesabla uduzub.
Offsideplus.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 19-cu dəqiqədə Kallum Uilson açıb. 32-ci dəqiqədə dublunu rəsmiləşdirən təcrübəli hücumçu fərqi artırıb. Oyunun sonlarına doğru - 82-ci dəqiqədə Kristoffer Ayer, 90+1-ci dəqiqədə isə Kevin Şade fərqlənərək darmadağını rəsmiləşdiriblər.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 12 oyunda cəmi 8 xal toplayan "Mançester Yunayted" turnir cədvəlinin düşmə zonasında qalmaqda davam edir. Xallarını 20-yə çatdıran "Brentford" isə beşinci pilləyə yüksəlib.
Görüşün qolları:


