İspan yarımmüdafiəçi Dani Olmo "Barselona"nın hədəfləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Olmo komandanın qarşıdakı oyunlarda maksimum nəticə qazanmaq istədiyini bildirib: "Qarşımıza aydın məqsəd qoymuşuq – fasiləyə qədər bütün oyunlarda qalib gəlmək və sonra yaxşı dincəlmək. Bilirik ki, bu çempionat hər il olduğu kimi çətin olacaq. Qarşıda çoxlu oyun var, amma heyətimiz kifayət qədər genişdir ki, bir-birimizə istirahət verək və hər qarşılaşmaya tam hazır çıxaq. Hazırda çox yaxşı formadayıq və məhz buna çalışırıq. İki ildir ardıcıl olaraq La Liqada çempion oluruq. Dəfələrlə demişəm: mən istədiyim yerdəyəm. İki il yarım əvvəl də bildirmişdim ki, arzum və məqsədim 'Barselona' ilə kuboklar qazanmaqdır. Daha çox titul əldə etmək və 'Barselona'nı Avropa futbolunda layiq olduğu mövqeyə qaytarmaq istəyirəm".