İngiltərə futbolunun əfsanəsi Con Terri "Arsenal"ın qapıçısı David Rayanı dünyanın ən yaxşı qapıçısı adlandırıb.

Offsideplus.az xəbər verir ki, Terri ispan qolkiperin Premyer Liqada keçirdiyi 11 oyunun 7-də qapısını toxunulmaz saxladığını vurğulayıb. "Rayaya baxın — onu komandaya dəvət edəndə kim düşünə bilərdi ki, bu qədər yaxşı olacaq? O, dünyanın ən yaxşı qapıçısıdır, yüz faiz. Havadan gələn ötürmələri asanlıqla tutur, cərimə meydançasına tam nəzarət edir. Hər iki ayağı ilə inanılmaz oynayır. O, həqiqətən də yüksək səviyyədədir", – deyə "Çelsi"nin sabiq müdafiəçisi bildirib.