"Real Madrid" in ulduz futbolçusunun lipa etdiyi iddia edilib.
Offsideplus.az xəbər verir ki, Yan Diomandenin hüquq komandası futbolçunun yaşı ilə bağlı iddialar səsləndirən sosial media fenomeni Kombonu məhkəməyə çağırmağa hazırlaşır.
Kombodan Diomandenin 19 yaşında olmadığı barədə iddialarını təsdiqləyən sənədlər təqdim etməsi tələb olunacaq.
İddiaları sübut edə bilməyəcəyi təqdirdə, onu hüquqi məsuliyyət gözləyə bilər. Bildirilir ki, bu addımın əsas məqsədi futbolçunun yaşı ilə bağlı əsassız iddialar səsləndirən digər şəxslərə də xəbərdarlıq etməkdir.


