Erlinq Haalandın atasının onun üçün arzuladığı klub bəlli olub.
Offsideplus.az xəbər verir ki, Alf-İnge Haaland oğlunun “Real Madrid”də davam etdirməsini istəyir. Bu istiqamətdə mümkün transfer variantının da gündəmə gəldiyi bildirilir.
Məlumata görə, futbolçunun müqaviləsi 2034-cü ilə qədər davam etsə də, sərbəstqalma məbləğinin 100-150 milyon avro arasında olduğu güman edilir.
Bununla belə, Madrid klubunun hücum xəttində Kilian Mbappe, Vinisius Junior, Cud Bellingem və Diomande kimi futbolçuların olması mümkün transferi çətinləşdirir.


