"İnter" Çempionlar Liqasında növbəti dəfə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Kristian Kivu rəhbərlik etdiyi Milan təmsilçisi turnirin ümumi mərhələsinin 5-ci turunda "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. Bundan əvvəl "İnter" "Feyenoord"u 3:0, "Şaxtyor"u isə 1:0 hesabı ilə üstələyib. Qeyd edək ki, turnirin əvvəlində "neradzurri" ardıcıl iki məğlubiyyət almışdı – "Real Madrid"ə 1:2, "Brügge"yə isə 3:4 hesabı ilə uduzmuşdu. Dekabrın 9-da "İnter" 6-cı turda "Borussiya Dortmund"la qarşılaşacaq.


