“Beşiktaş”ın futbol komandasını Gürcüstana aparan təyyarəni ildırım vurub.
Offsideplus.az xəbər verir ki, Batumidə “Hapoel”lə qarşılaşmağa yollanan komandanın təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin Rizə şəhərində məcburi eniş edib.
Komanda yoluna avtobusla davam edəcək. Rizə ilə stadion arasındakı məsafə təxminən 130 kilometrdir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


